"Ukrayna Silahlı Qüvvələri münaqişə zamanı 700 min əsgər itirib".
Ölkə.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
O, döyüş meydanında baş verənləri ABŞ tarixinin ən qanlı döyüşü - Gettisburq döyüşü (1-3 iyul, 1863) ilə müqayisə edib.
“Ukrayna əsgərlərinin bədən hissələri ölkənin bütün hissələrinə səpələnib. Biz onları peyklər vasitəsilə çox aydın görürük. Zelenski dəhşətli iş görür. Ölkəsi məhv edilib. Milyonlarla insan lazımsız yerə öldü", - deyə Tramp qeyd edib.
Donald Tramp bundan əvvəl Volodimir Zelenskini diktator adlandırıb və onu Ukraynada seçkilərin keçirilməsinə çağırıb.
Həmidə İbrahimova