EN

20 hektarda innovasiya şəhərciyi tikiləcək, 2026-cı ildə açılacaq

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının bazasında “SABAH.city” innovasiya şəhərciyi qurulacaq.

FED.az xəbər verir ki, burada ali təhsil müəssisələrinin aparıcı proqramları, elmi-tədqiqat laboratoriyaları, özəl təhsil müəssisələri, innovativ şirkətlər, startaplar və innovasiya ekosisteminin digər oyunçuları bir məkanda cəmləşəcək.

Layihənin məqsədi insan kapitalının inkişafına, elmi tədqiqatların kommersiyalaşdırılmasına, təhsil və sənaye arasında bilik transferi prosesinə, eləcə də bilik iqtisadiyyatında yeni iş yerlərinin yaradılmasına dəstək verməkdir.

Şəhərciyin 20 hektar ərazidə inşa edilməsi planlaşdırılır və ilk fazasının açılışı 2026-cı ilə planlaşdırılır.

20202020202020
Chosen
30
5
fed.az

6Sources