EN

DİQQƏT! Magistr təhsili olmayan bu ixtisas sahibləri İŞSİZ QALACAQ? 

Ötən gün magistratura pilləsi üzrə qəbul imtahanlarının ilk cəhdinin cavabları açıqlanıb.


Bildiyimiz kimi, Azərbaycanda "magistratura təhsili" anlayışına birmənalı yanaşılmır.


Bəs magistratura təhsili hansı ixtisaslar üçün vacibdir? Yaxın gələcəkdə hansı ixtisas sahibləri magistr təhsilləri olmadıqları halda işsiz qala bilərlər?

 

Təhsil eksperti Elçin Əfəndi “Referans”- a açıqlamasında bu sualları cavablandırıb.




“Magistratura təhsili ilə bağlı ölkəmizdə ziddiyyətli məqamlar var. Magistratura təhsili gələcəkdə elmi tədqiqatların davam etdirilməsi məqsədilə seçilməlidir. Amma Azərbaycanda demək olar ki, bir çox hallarda, əsasən də, oğlanlar magistraturanı hərbi xidmətdən möhlət almaq üçün seçirlər. Bu, belə olmamalıdır, əslində. Magistratura təhsili konkret olaraq elmi tədqiqat işlərinin davam etdirilməsi istiqamətində olmalıdır. Çünki bu pillə ali təhsilin ən yüksək pilləsi hesab olunub. Ondan sonra artıq doktorantura və s. pillələr gəlir”.


Ekspert qeyd edib ki, hazırda belə bir tələb olmasa da yaxın gələcəkdə pedoqoji ixtisaslarda magistr təhsili vacib olacaq. Finlandiya, İndoneziya, Sinqapur və s. kimi dünya ölkələrinin təcrübəsində artıq bu ənənə aktualdır.


“Bir müddət sonra magistr təhsili pedoqoji ixtisaslarda tələb kimi qoyulacaq. O cümlədən, elmi-tədqiqat işləri aparılmalı olan ixtisaslarda – biologiya, kimya, texnologiya ilə bağlı ixtisaslarda magistr təhsili almaq vacibdir. Düşünmürəm ki, gələcəkdə hansısa ixtisas sahibləri magistr təhsilləri olmadıqlarına görə işsiz qalsınlar. Amma dediyim ki, bəzi ixtisaslarda tələbə çevrilə bilər”.

 

Fidan Vəlisoy

 

 

Chosen
22
14
referans.az

10Sources