EN

Tələbəsi Arif Babayevin ən böyük arzusunu açıqladı

Bu gün Xalq artisti Arif Babayevin doğum günüdür.
 
Demokratikmusavat.com xəbər verir ki, Xalq artisti Aygün Bayramova Qaynarinfo-ya açıqlamasında ustadının arzularından danışıb.
 
Onun sözlərinə görə, 86 yaşlı xanəndənin yeganə arzusu doğulduğu Ağdama köçüb orada yaşamaqdır:

"Biz Arif müəllimlə Ağdamda qonşu olmuşuq. Hərdən mənə deyir ki, Aygün, görəsən, Ağdama getmək, orada yaşamaq bizə nəsib olacaqmı. Deyirəm, niyə olmur,
 
İnşallah gedəcəyik. Arif müəllim deyir ki, qalan ömrümü Ağdamda yaşamaq istəyirəm”. 

Aygün Bayramova bildirib ki, həmişə dövlət tərəfindən Arif Babayevə diqqət və qayğı göstərilib:

"Arif müəllim ustad sənətkardır. İndi çox adamlara ustad deyirlər, amma əsl ustad Arif müəllim kimi sənətkarlara deyilməlidir. Onun özünün də bəstələri var, bütün ömrünü Azərbaycan musiqisinin təbliğinə həsr edib. Arif müəllim elə bir sənətkardır ki, ondan nə qədər danışsan bəs etməz. Allah onu arzusuna çatdırsın”. 

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

10Sources