EN

Bakıda maşın sürüşüb işıqfora çırpıldı - VİDEO

Nəsimi rayonu, Hüseynbala Əliyev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, qəza səbəbindən 1 ədəd svetofor yararsız vəziyyətə düşüb.  

Digər bir qəza Ceyhun Hacıbəyli ilə A.Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb. Bu qəzada isə  svetoforun idarəetmə qutusu sıradan çıxıb.

 

Chosen
37
8
redaktor.az

10Sources