EN

Polis gücləndirilmiş iş rejimində - FOTO

Kəskin hava şəraiti ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyi tərəfindən zəruri tədbirlər görülür və fasiləsiz xidmət davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, paytaxtla yanaşı, ölkə boyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərində əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, yerlərə qum və duz səpilir. Sürücü və piyadaların təhlükəsiz şəkildə mənzil başına çatması təmin edilir.

Vətəndaşlardan daxil olan müraciətlərə çevik reaksiya verilir, bütün köməkliklər göstərilir. Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
13
9
milli.az

3Sources