EN

Bakıda avtomobil işıqfora çırpılıb, svetoforun idarəetmə qutusu sıradan çıxıb

Bakının Nəsimi rayonu, Hüseynbala Əliyev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Ekologiya.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza nəticəsində 1 svetofor yararsız vəziyyətə düşüb.

Digər bir yol qəzası isə Ceyhun Hacıbəyli və A.Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb. Bu hadisə nəticəsində svetoforun idarəetmə qutusu sıradan çıxıb.

Hadisələrin səbəbləri araşdırılır.

Chosen
26
2
ekologiya.az

10Sources