Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Manset.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur. 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur. 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.