EN

“Sevimli Dad” yenidən bazar liderliyinə qayıdır!

Azərbaycanın süd və süd məhsulları bazarında uzun illər lider mövqedə olmuş “Sevimli Dad” brendi yenidən istehlakçılarla görüşə gəlir.

Yeni nəfəs və yenilənmiş istehsal prosesi ilə “Sevimli Dad” artıq Azemal MMC tərəfindən istehsal ediləcək. Yeni təsis edilmiş Azemal MMC, Azera Holdinq tərkibinə daxildir və bu struktur çərçivəsində süd və süd məhsullarının istehsalı sahəsində innovativ yanaşmalar tətbiq edir. Müəssisə ən müasir avadanlıqlarla təchiz edilib və məhsulların keyfiyyətinə yeni nəsil xüsusi nəzarət texnologiyaları tətbiq olunur. “Sevimli Dad” brendi ənənəvi yüksək keyfiyyəti qoruyaraq, istehlakçılara təbii və sağlam məhsullar təqdim etməyə davam edəcək. 

Rəsmi əməkdaşlıq müqaviləsinə əsasən, Azemal MMC tərəfindən istehsal olunacaq “Sevimli Dad” brendinin distribütoru Avrora Qrup olacaq. Bu əməkdaşlıq sayəsində “Sevimli Dad” məhsulları ölkə daxilində daha geniş paylanacaq və istehlakçılara daha əlçatan olacaq.

Yenidən bazara qayıdan “Sevimli Dad”, keyfiyyət və dad ənənələrini qoruyaraq, müasir istehsal standartlarına uyğun məhsullar ilə bazarda liderliyə yiyələnməyə iddialıdır. 

Qeyd edək ki, istehsal prosessi ilə tanışlıq məqsədilə yaxın günlərdə şirkət KİV nümayəndələri üçün media turu nəzərdə tutur. 

Daha ətraflı məlumat üçün:

Əlaqə: +994 50 305 45 35
E-poçt: [email protected]
Vebsayt: https://azemal.az
Instagram: sevimlidad.azemal
LinkedIn: Sevimli dad-Azemal





Chosen
10
2
qafqazinfo.az

3Sources