EN

“Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün növbəti təlim - Video

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici təlim keçirib.

“Qafqazinfo” xəbər verir ki, təlimin keçirilməsində məqsəd layihə iştirakçılarının fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.

Təlimdə Nazirliyin aidiyyəti yerli strukturlarının və Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları, “Məktəblinin dostu” layihəsinə cəlb olunan şəxslər və məktəbin kollektivi iştirak edib.

Təlimin nəzəri hissəsində fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, fövqəladə hallar zamanı ilkin psixoloji yardımın göstərilməsi və təxliyənin təşkili barədə ətraflı məlumat verilib, mövzulara dair videoçarxlar nümayiş olunub.

Təlimin praktiki hissəsində şərti zəlzələ və yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra məktəb kollektivinin təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğınla” mübarizə tədbiri simulyasiya edilib. Həmçinin, tədbir iştirakçılarına “zərərçəkmişlərin” xilas edilməsi və ilkin yardımın göstərilmə qaydası nümayiş olunub.

Daha sonra layihə içtirakçılarına xilasetmə alət və avadanlıqları barədə məlumat verilib.







Chosen
3
15
qafqazinfo.az

10Sources