AZ

FHN Oğuzda nümunəvi mülki müdafiə məşqi keçirdi

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Oğuz rayonu “11 №-li Yol İstismarı” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.

Bu barədə Publika.az-aFövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar müəssisənin rəhbər heyətinin funksional vəzifələrini yerinə yetirməsi üzrə nəzəri bilik və praktiki vərdişlərini təkmilləşdirməkdən, fövqəladə hadisələrin qarşısının alınması işində təşkilatçılıq və operativliyin artırılmasından ibarət olub.

Məşqdə şərti fövqəladə hadisə ilə əlaqədar rəhbər heyətin mülki müdafiə qüvvələrinin idarə edilməsi üzrə fəaliyyəti simulyasiya edilib.

Seçilən
14
35
publika.az

10Mənbələr