EN

İdarə rəisi: Ötən il dövlət qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı 857 bildiriş göndərmişik

Bakı, 21 fevral, AZƏRTAC

2024-cü ildə dövlət elektron-poçt xidməti üzrə 3 milyondan çox elektron-poçt emal edilib ki, bu emal olunan maillərin da 7 faizi zərərli təhlükəli olması ilə bloklanaraq son istifadəçilərin yoluxmqsının qarşısını alıb.

AZƏRTAC xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin İdarə rəisi Tural Məmmədov “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı”nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2024-cü il üzrə dövlət informasiya ehtiyatlarında tapılan informasiya təhlükəsizliyi boşluqları, riskləri, çatışmazlıqlarının artımı texnoloji inkişafla paralel müşahidə edilir.

“2024-cü ildə dövlət qurumlarına baş verən sızma, informasiya təhlükəsizliyi və boşluqlar ilə bağlı 857 bildiriş göndərmişik. Eyni zamanda, hesabat ilində 298 informasiya təhlükəsizliyi auditi həyata keçirilib ki, bunların da 58-i elektron sənəd dövriyəsinin mərkəzləşdilmiş sistemə qoşulması və təhlükəsizliyin yoxlanılması ilə bağlı olub”, - deyə Tural Məmmədov vurğulayıb.

Chosen
16
1
azertag.az

2Sources