Gecə saatlarında güclü külək səbəbindən Bakıda 5 ağac sınıb...
Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Qeyd olunub ki, BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi sınan və zədələnən 5 ədəd ağacı operativ şəkildə götürüb, zədələnən budaqlar budanıb və ərazi təmizlənib.
***
Havaların qeyri-sabit və küləkli keçməsi nəticəsində paytaxtda bir neçə yerdə ağac və budaqlar sınıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.
Qeyd olunub ki, BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyi gecə saatlarında sınan ağac və budaqları götürüb.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən ölkə ərazisində fevralın 24-ü gündüzədək qeyri-sabit və arabir yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Poliqon.info