EN

Azərbaycan millisi seçmə mərhələdə ikinci oyununu keçirəcək

Bakı, 21 fevral, AZƏRTAC

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan yığma meydan sahibi Albaniya seçməsi ilə üz-üzə gələcək. Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunacaq qarşılaşmanı italiyalı baş hakim Martina Molinaro idarə edəcək. Matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Chosen
29
3
azertag.az

10Sources