EN

Çində YENİ koronavirus aşkar edildi

Çində YENİ koronavirus

Çində bir qrup alim yarasalarda insanları yoluxdurmaq potensialı olan yeni koronavirus aşkar edib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu barədə məlumatı Quancou Elmlər Akademiyası, Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun alimlərinin apardığı araşdırmaların nəticələrinə istinadən “South China Morning Post” yayıb. 

“HKU5-CoV-2” olaraq adlandırılan yeni virusun insan hüceyrələrini də yoluxdura bildiyi qeyd olunub. 

Alimlər hələ panika üçün əsas olmadığını da vurğulayıblar. Bildirilib ki, yeni virusun effektivliyi COVID-19-da olduğundan əhəmiyyətli dərəcədə azdır. 

Bununla belə, mütəxəssislər hesab edirlər ki, virusun daha diqqətli araşdırılmasına ehtiyac var. (Qafqazinfo)

E-saglam.az 


Chosen
17
12
e-saglam.az

10Sources