Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanan 8 klub rəqibini tanıyacaq. Bunlar pley-off mərhələsində güclü olan komandalardır.
Qeyd edək ki, mərhələnin ilk görüşləri martın 4-ü və 5-də, cavab oyunları isə martın 11-i və 12-də keçiriləcək.
1/8 final üçün potensial cütlər: