EN

Dövlət qurumlarını hədəf alan govaz.am domeni bloklanıb

Ötən il dövlət qurumlarının adına yaradılan saxta domenlərin sayı 100-ə çatıb.

FED.az xəbər verir ki, bunu Dövlət Qurumlarının İT rəhbərlərinin V Zirvə Toplantısında çıxışı zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

O qeyd edib ki, eyni zamanda bir ay əvvəl dövlət qurumlarının domenlərini hədəf alan govaz.am deyə saxta domen aşkarlanıb: “Həmin domen də tərəfimizdən bloklanıb”.

Tural Məmmədov bildirib ki, ötən il bir sıra dövlət qurumlarının əməkdaşları kibergigiyenaya riayət etməyib. Nəticədə 32 dövlət qurumunun 134 əməkdaşı haker hücumunun qurbanı olub. (Apa)

Chosen
23
8
fed.az

9Sources