EN

Ziyad Səmədzadə: Azərbaycan bu gün öz iqtisadi təhlükəsizliyini təmin edən nadir ölkələrdən biridir

Bakı, 21 fevral, AZƏRTAC

1994-ci ildə ilk dəfə olaraq Sovet İttifaqı dövründə Moskvada müstəqil dövlətlərin iqtisadi təhlükəsizliyinə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə iqtisadi təhlükəsizlik məsələlərinin mahiyyəti və onun həlli yolları barədə geniş maarifləndirmə işləri və müzakirələr aparıldı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə jurnalistlərə müsahibəsində söyləyib. Akademik bildirib ki, həmin dövrdə bu sahədə heç kimin təcrübəsi yox idi. Son 30 ildə Azərbaycanda bu istiqamətdə xeyli işlər görüldü: “Sevindirici haldır ki, bu gün Azərbaycanda artıq bu mövzu iqtisad elminin bir istiqaməti kimi formalaşır və aktual məsələlər getdikcə öz həllini tapır. Azərbaycan bu gün öz iqtisadi təhlükəsizliyini təmin edən nadir ölkələrdən biridir. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, əgər bizim neft strategiyamız olmasaydı, Azərbaycanın milli və iqtisadi təhlükəsizliyi də olmayacaqdı. Ölkə iqtisadiyyatının hazırda yüksək səviyyədə olmasının əsası Ulu Öndər Heydər Əliyevin hazırladığı neft strategiyasıdır. Neft strategiyası ilə Azərbaycan dünyada tanındı. Məhz bu səbəbdən bir çox şirkətlər ölkə iqtisadiyyatına investisiyalar qoymağa başladılar və nəticədə Azərbaycan dünyada söz sahibinə çevrildi”.

Chosen
14
1
azertag.az

2Sources