Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Prezident İlham ƏliyevMülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlıbəzi tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən,Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiyanında Dövlət Mülki Aviasiya Agentliyinin və AzərbaycanRespublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında DövlətMülki Aviasiya Agentliyinin tabeliyində “Mülki Aviasiyada UçuşlarınTəhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxsinəsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publikhüquqi şəxs yaradılıb.
Trend xəbərverir ki, agentliyin nizamnamə fondunun məbləği 2 636 206 (ikimilyon altı yüz otuz altı min iki yüz altı) manatdır.
Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyiəmlakdan, həmçinin dövlət büdcəsinin vəsaiti, Agentliyin özfəaliyyətindən, o cümlədən göstərdiyi xidmətlərdən əldə olunanvəsait, beynəlxalq təcrübəyə əsasən aviadaşıyıcılar tərəfindən havalimanlarına və aeronaviqasiya xidmətlərinə görə ödənilən məbləğdənnəzarət funksiyaları ilə bağlı yığımlar, ianələr, qrantlar, cəlbedilən investisiyalar və qanunla qadağan edilməyən digər vəsaithesabına formalaşır.
Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuşməqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlətəmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunubsaxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsihaqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyuntarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyatakeçirir.
Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburiödənişləri ödədikdən sonra Agentliyin, onun idarə, filial,nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelətabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsaitüzərində müstəqil sərəncam vermək hüququna malikdir.
Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlərüçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülür.
Agentliyin müvafiq sahədə gördüyü işlərin və göstərdiyixidmətlərin qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.