EN

Azərbaycanda təbiət hadisəsi: Kiçik çillə çıxdı, Boz ay başladı

Azərbaycanda qışın daha soyuq hesab edilən dövrü - Kiçik çillə geridə qaldı.

Modern.az saytı xəbər verir ki, Xalq təqviminə görə, dekabrın 21-dən başlayan qış fəslinin “oğlan çağı” - 20 günlük Kiçik çillə fevralın 20-də başa çatıb.

Bu gündən – 21 fevraldan Novruz bayramınadək qalan 30 günlük müddəti - Boz ayı yaşayacağıq. 

Bu təqvimlə qış üç hissədən ibarətdir: dekabrın 21-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.

Adətən Böyük çillədən fərqli olaraq, Kişik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır.

Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər. Hazırda ölkə ərazisində yağan qar Kiçik çillənin sonuncu günü başlayıb.

Qeyd edək ki, Azərbaycanda bu il yaz fəsli martın 20-si saat 13:01-dən başlayacaq.

Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

Bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 25-nə təsadüf edəcək. Martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə - Torpaq çərşənbəsi qeyd olunacaq.

A.Qorxmaz

Chosen
9
8
modern.az

10Sources