EN

Əhmədlidəki binaların bir hissəsini istiliklə təmin edən xətlərdə temperatur normadan aşağı düşüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərenerji" ASC-nin Bakı İstilik Elektrik Mərkəzində yaranmış qısa müddətli nasazlıq səbəbindən, "Azəristiliktəchizat" ASC tərəfindən Əhmədli qəsəbəsində yerləşən yaşayış binalarının bir hissəsini istiliklə təmin edən xətlərdə istiliyin temperaturu normadan aşağı düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" məlumat yayıb.
Məlumata görə, "Azərenerji"nin mütəxəssisləri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində yaranmış nasazlıq aradan qaldırılıb, hazırda temperaturun tələb olunan səviyyəyə çatdırılması üçün tənzimləmə işləri görülməkdədir.
Qurum yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.
Chosen
29
44
oxu.az

10Sources