EN

Siyavuş Novruzovun qardaşı oğluna vəzifə verildi

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə rəis müavini təyin olunub. 

Missiya.Az "Qaynarinfo"ya istinadən məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.

Nazirin müvafiq Əmri ilə Nəcəf Novruzov Bakı Regional Mərkəzinə rəis müavini təyin edilib.

Qeyd edək ki, Nəcəf Novruzov bundan əvvəl Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb. Bir neçə ay əvvəl vəzifəsindən azad olunub.

O, Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşı oğludur.

 

Chosen
11
47
missiya.az

10Sources