EN

Azərbaycan yığması Albaniya ilə qarşılaşacaq

Azərbaycan yığması Albaniya ilə qarşılaşacaq.

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirəcək.

"Operativ Media" xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan millimiz meydan sahibi Albaniya yığması ilə üz-üzə gələcək. Eqnatiyada yerləşən “Rrogozhine” stadionunda təşkil olunacaq qarşılaşmanı italiyalı baş hakim idarə edəcək. Matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

21 fevral

Albaniya (U-19 Qadınlar) – Azərbaycan (U-19 Qadınlar)

Rrogozhine stadionu. Saat 17:30

Baş hakim: Martina Molinaro (İtaliya)

Baş hakimin köməkçiləri: Stefania Signorelli (İtaliya), Andreea Daniela Şuşcă (Rumıniya)

Dördüncü hakim: Roxana Recorean (Rumıniya)

Chosen
26
4
operativmedia.az

10Sources