EN

Hava şəraiti ilə əlaqədar iki universitetdə dərslər onlayn keçirilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ölkə ərazisində keçən qeyri-sabit hava şəraiti ilə əlaqədar Xəzər Universiteti və ADA Universitetində onlayn dərslər təşkil edilib.
ADA Universitetindən Oxu.Az-a bildirilib ki, təhsil müəssisəsinin kampusu açıq olsa da, hava şəraiti ilə əlaqədar əməkdaşların evdən işləməsinə, dərslərin isə onlayn formatda keçirilməsinə icazə verilib. Lakin tələbələrin kampusa gəlməsi ilə bağlı heç bir qadağa və ya məhdudiyyət tətbiq edilmir.
Xəzər Universitetindən verilən məlumata görə, bu gün hava şəraiti nəzərə alınaraq dərslərin həm onlayn, həm də əyani formada keçirilməsi təşkil edilib. Sözügedən situasiyanın yalnız bu gün üçün keçərli olduğu qeyd olunub.
Azərbaycan Universitetindən cavab olaraq bildirilib ki, dərslər əyani formada keçirilir, davamiyyət yaxşıdır. Hava şəraiti nəzərə alınaraq gecikən tələbələr də dərsə qəbul ediliblər, lakin axşam növbəsinin dərsləri başqa gün əvəzlənmək şərti ilə ləğv olunub.
Aygün Mirakif
Chosen
26
10
oxu.az

10Sources