Bu gün İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında Çemponlar Liqasının (ÇL) püşkü atılır.
Offsideplus.az xəbər verir ki, püşkatma mərasimində 1/8 final mərhələsində qarşılaşacaq cütlüklər müəyyənləşəcək. Eyni zamanda 1/4 və yarımfinal mərhələləri üçün potensial cütlüklər bilinəcək.
Mərasimdən öncə ÇL-də yarışan 16 komanda "səpələnmişlər" və "səpələnməmişlər"ə ayrılıb.
"Səpələnmişlər" (əsas mərhələdə 1-8-ci yeri tutanlar):
"Arsenal", "Aston Villa", "Atletiko", "Bayer", "Barselona", "İnter", "Liverpul", "Lill"
"Səpələnməmişlər" (1/16 finalı adlayanlar):
"Bavariya", "Benfika", "Borissiya" D., "Brügge", PSV, PSJ, "Real", "Feyenoord"
1/8 finalın cütlükləri
PSV - ARSENAL
BRÜGGE - ASTON VİLLA.
REAL - ATLETİKO
BENFİKA - BARSELONA
FEYENOORD - İNTER
BAVARİYA - BAYER
BORUSSİYA D. -LİLL
PSJ - LİVERPUL
1/8 final mərhələsinin oyunları 4-5 mart və 11-12 martda keçiriləcək. Çempionlar Liqasının finalı mayın 31-də Almaniyanın Münhen şəhərində baş tutacaq.