EN

Millimizin oyununun vaxtı hava şəraitinə görə dəyişdirildi

Qadınlardan ibarət millimizin Millətlər Liqası çərçivəsində Monteneqro yığması ilə oyununun vaxtı dəyişdirilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Matç qeyri-sabit hava şəraiti ilə əlaqədar öncədən nəzərdə tutulduğu kimi, saat 15.00-da başlamayacaq. Matçın saat 17.00-da başlaması gözlənilir.

Bildirilib ki, baş hakim vəziyyətə yerində baxış keçirdikdən sonra matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar verəcək.

Chosen
9
3
football-plus.az

10Sources