Qadınlardan ibarət millimizin Millətlər Liqası çərçivəsində Monteneqro yığması ilə oyununun vaxtı dəyişdirilib.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Matç qeyri-sabit hava şəraiti ilə əlaqədar öncədən nəzərdə tutulduğu kimi, saat 15.00-da başlamayacaq. Matçın saat 17.00-da başlaması gözlənilir.
Bildirilib ki, baş hakim vəziyyətə yerində baxış keçirdikdən sonra matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar verəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта