EN

Azərbaycan millisi Monteneqro ilə 2 saat gec qarşılaşacaq

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2025/2026-cı illər mövsümündə ilk sınağına çıxacaq.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi millimiz C Liqasının 4-cü qrupunda Monteneqro yığmasını qəbul edəcək.

Mərdəkandakı “Dalğa Arena”da təşkil olunacaq. Matç saat 15:00-da başlamalı olsa da, oyunun start saatı dəyişdirilib. AFFA-nın yaydığı məlumata görə, baş hakim vəziyyətə yerində baxış keçirdikdən sonra matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar verəcək. Buna qeyri-sabit hava şəraiti səbəb olub. AFFA-nın yaydığı digər açıqlamaya görə, oyunun nəzərdə tutulduğundan 2 saat gec başlaması planlaşdırılır. Belə ki, qarşılaşmanın saat 17:00-da başlaması gözlənilir. Bununla bağlı yekun qərarı matçın hakimləri verəcək. Hazırda “Dalğa Arena”nın ot örtüyünün qardan təmizlənməsi işləri davam etdirilir.

Qeyd edək ki, yığmamız və Monteneqro ilə eyni qrupda Litva millisi də yer alıb.

UEFA Millətlər Liqası
C Liqası, 4-cü qrup
21 fevral

17:00. Azərbaycan – Monteneqro
Baş hakim: Tatyana Sorokopudova (Qazaxıstan).
Mərdəkan. “Dalğa Arena”.

Chosen
24
arena.az

1Sources