EN

Ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb

Bakı. Trend:

Son 40 il ərzində fevral ayında ən aşaĝı temperatur 2012-ci ildəqeydə alınıb və fevral ayının 1-dən başlayan şaxtalı hava şəraiti13 gün davam edib. Havanın minimal temperaturu fevralın 8-də Bakıdamənfi 11 dərəcə olub, bununla da 1969-cu ilin 9-10 fevral rekordu(9.6 dərəcə şaxta) yenilənib.

Trend xəbər verir ki, bunuMilli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovbildirib.

O qeyd edib ki, 2014-cü ilin fevralında isə şaxtalı dövr 8 gündavam edib və ən aşağı temperatur mənfi 7.6 dərəcə olub:

“Sonraki illərdə havanın minimal temperaturu 2021-ci ildə 5.5,2017-ci ildə 3.4, 2023-cü ildə 3.1, 2024-cü ildə 2.8 dərəcə şaxtaqeydə alınıb. Lakin qeyd olunan illərdə Bakıda və Abşeronyarımadasında şaxtalı dövrün davamiyyəti 1-3 gün olub. Bu il isəfevralın 20-dən başlayan şaxtalı hava şəraiti bir neçə gün davamedəcək”.

Chosen
36
29
az.trend.az

10Sources