Türkiyədə pilateslə arıqlamağa çalışan şişman pişik maraqla qarşılanıb.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, düzgün qidalanmama və hərəkətsizliyə görə kökəlmiş 3 yaşlı pişik pilates və üzgüçülüklə artıq çəkisindən xilas olmağa çalışır.
Pilates təlimatçısı Tuğçe Dökmecinin sahibləndiyi və “Simba” adını daşıyan pişik qısa müddətdə 9 kiloya çatıb.
Hazırda hər gün pilates topu ilə məşq edən pişik bir aya 2 kilo arıqlamağı bacarıb.
İdmanla yanaşı pəhriz saxlayan “Simba” hovuzda üzgüçülük seanslarına başlayaraq əlavə 3 kilo arıqlamaq üçün idman proqramına fasiləsiz davam edir.

