EN

İlon Mask səhnədə qızıl mişarını nümayiş etdirdi: "Bu, bürokratiya üçündür"

ABŞ prezidenti Donald Trampın müşaviri və məşhur milyarder İlon Mask Vaşinqton yaxınlığında keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Komitəsinin (CPAC) 2025 İllik Toplantısında səhnəyə çıxıb.

Publika.az xəbər verir ki, iclasda Argentina prezidenti Xavyer Miley ona qızılla örtülmüş elektrik mişarı hədiyyə edib.

Hədiyyəsini nümayiş etdirərkən Maskın etdiyi qəribə hərəkətlər mediada müzakirələrə səbəb olub.

O, hədiyyəsi ilə səhnədə poza verərək "Bu mişar bürokratiya üçündür" deyib.

Chosen
29
3
publika.az

4Sources