EN

“TAP Italia” Ekoloji İdarəetmə və Audit Sistemi sertifikatını əldə edib

Bakı. Trend:

“TAP Italia” şirkəti EMAS sertifikatını (Ekoloji İdarəetmə vəAudit Sistemi) əldə edib. Bu, Avropa İttifaqı tərəfindəntəşkilatların ətraf mühitə təsirini idarə etməsi və monitorinqiüçün yaradılmış könüllü ətraf-mühitin mühafizəsi alətidir. Həmçininbu sistem təşkilatların ekoloji bəyannamələr şəklində məlumatlarıdərc etməsinə imkan yaradır.

Bu barədə Trend“TAP AG”yə istinadən xəbər verir.

“Qazanılan bu uğur, TAP-ın ən yüksək dayanıqlı inkişafstandartlarına riayət etməyə və ekoloji səmərəliliyi artırmağa canatdığını vurğulayır”, – deyə konsorsiumda bildirilib.

Ekoloji problemləri aktiv şəkildə həll edən təşkilatlar daim özdayanıqlığını yaxşılaşdırmağın yollarını axtarır. EMAS ətraf mühitətəsirin qiymətləndirilməsi, təkmilləşdirilməsi və şəffafhesabatlılıq üçün strukturlaşdırılmış əsas təqdim edir.

Tətbiq olunmağa başladığı 1995-ci ildən etibarən EMAS öz ekolojiməsuliyyət səviyyəsini artırmağa can atan şirkət və müəssisələrüçün könüllü idarəetmə aləti kimi xidmət göstərir.

EMAS-ın tətbiqi yalnız dayanıqlı inkişafa töhfə verməkləkifayətlənmir, həm də maliyyə və əməliyyat üstünlükləriqazandıraraq maraqlı tərəflər və cəmiyyət qarşısında hesabatlılığıartırır.

Qeyd edək ki, Transadriatik Boru Kəməri (TAP) Azərbaycanın təbiiqazını Avropaya nəql edən Cənub Qaz Dəhlizinin sonuncu seqmentidir.Boru kəmərinin ilkin ötürücülük gücü ildə 10 milyard kubmetr təşkiledir və bu həcm 20 milyard kubmetrədək artırıla bilər.

X: @Lyaman_Zeyn

Məqalədə:
Chosen
18
1
az.trend.az

2Sources