EN

Tramp Aİ-ni tənqid etdi: Münaqişəni dayandırmaq üçün heç nə etməmisiniz!

"Avropa Ukraynadakı münaqişənin aradan qaldırılması üçün heç nə etməyib".

Turkustan.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp vurğulayıb. Fox News" radiosuna müsahibəsində Ukrayna ilə bağlı vəziyyətdə Avropanın hərəkətsizliyini şərh edərkən Tramp bunları söyləyib: "Onlar da heç nə etməyiblər. Müharibə gedir. Rusiya ilə görüşlər yoxdur. Heç nə yoxdur.". Tramp bu müsahibəsində Kiyevin eyni hərəkətsizliyinə işarə edib.

Amerika administrasiyasının rəhbəri xatırladıb ki, gələn həftə Vaşinqtonda Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşlər keçirməyi planlaşdırır. Bu baxımdan ABŞ prezidenti onların hər ikisi haqqında yüksək fikirlər səsləndirib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
19
46
turkustan.az

10Sources