Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasında XXIV tura start verilib.
Trend-inməlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.
“Neftçi” doğma meydanda “Sumqayıt”la qarşılaşıb.
“Neftçi Arena”da təşkil olunan matç ev sahibinin 1:0 hesablıqələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 90+3-cü dəqiqədəpenaltidən Filip Ozobiç vurub.
Hazırda Bakı klubu turnir cədvəlində 27 xalla 6-cı, Sumqayıttəmsilçisi isə 22 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər görüşləri fevralın 22-i və 23-dəoynanılacaq.