AZ

PSJ avrokuboklar tarixində klub rekordunu yeniləyib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında "Brest"i 7:0 hesabı ilə məğlub edən PSJ avrokuboklarda yeni klub rekordu müəyyənləşdirib.
Oxu.Az xəbər verir ki, bu, onların beynəlxalq yarışlardakı ən böyük qələbəsi olub.
Daha əvvəl avrokuboklarda PSJ üçün ən böyük hesablı qələbə 7:1 idi. Bu hesabla parislilər 2001-ci ilin avqustunda İntertoto kubokunda "Gent"i (Belçika), 2017-ci ilin noyabrında isə Çempionlar Liqasının qrup mərhələsində "Seltik"i (Şotlandiya) məğlub ediblər.
Bütün turnirlərdə PSJ üçün ən böyük hesab 10:0-dır. 1994-cü ilin yanvarında parislilər Fransa kubokunda "Kot Şoy"a darmadağınla qalib gəliblər.
Seçilən
71
11
oxu.az

10Mənbələr