EN

Sabah 600-dən çox fələstinli azad ediləcək

Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində fevralın 22-də İsrail həbsxanalarından ən azı 602 fələstinli məhbus, o cümlədən ömürlük azadlıqdan məhrum edilən 50 məhbus azad ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Məlumata görə, azad edilənlər siyahısında ömürlük həbsə məhkum edilmiş 50 nəfər, uzun müddətə azadlıqdan məhrum edilmiş 60 nəfər, 2023-cü il oktyabrın 7-dən sonra həbs edilmiş 47 nəfər və Qəzza zolağının 445 sakini var.

Chosen
7
6
qafqazinfo.az

7Sources