EN

Ukrayna dron tədarükü üçün milyardlar ayıracaq

Ukrayna Nazirlər Kabinetinin əsas fəaliyyət istiqamətlərindən biri ölkənin özünütəminat səviyyəsinin yüksəldilməsidir. PUA tədarükünə əlavə 7.9 milyard qrivna vəsait ayrılacaq.

Publika.az xəbər verir ki, bunu Ukrayna hökumət rəhbəri Denis Şmıqal söyləyib.

Şmıqal deyib ki, vəsait müvafiq sifarişləri həyata keçirmək üçün Xüsusi Rabitə və İnformasiya Mühafizəsi Dövlət Xidmətinə yönəldiləcək.

Onun sözlərinə görə, PUA sahəsində yerli istehsal səviyyəsi 100 faiz təşkil edir. Yanvar ayında dron istehsalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə artıb. Bundan başqa, 2023-2024-cü illərdə yerli artilleriya istehsalı üç dəfə, zirehli transportyor beş dəfə, tank əleyhinə silah iki dəfə, sursat istehsalı isə 2.5 dəfə artıb.

Chosen
9
3
publika.az

8Sources