EN

ABŞ dövlət katibi Tramp-Putin görüşü haqqında:heç bir görüş olmayacaq

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü substantiv olmalı və Ukrayna münaqişəsi üzrə danışıqlarda irəliləyişdən asılıdır.

Editor.az bildirir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib. O qeyd edib ki, iki ölkə arasında potensial əməkdaşlıq sahələrinə baxmayaraq, Ukrayna böhranı münasibətləri çətinləşdirən əsas amil olaraq qalır. “Biz bunun nədən ibarət olduğunu bilməyincə heç bir görüş olmayacaq”.

Dövlət katibi həmçinin ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası dövründə Moskva ilə Vaşinqton arasında əlaqələrin itirilməsindən narahatlığını bildirib. Onun sözlərinə görə, hətta Soyuq Müharibə illərində SSRİ ilə ABŞ arasında hazırda demək olar ki, işlək olmayan rabitə kanalları saxlanılırdı. O, Rusiya və ABŞ nümayəndə heyətləri arasında son danışıqları şərh edərkən qeyd edib ki, görüşdə ərazi məsələləri müzakirə edilməyib. “Görüşün məqsədi sülhün müzakirəsində real marağın olub-olmadığını müəyyən etmək olub”, – dövlət katibi əlavə edib.

//Samir Qurbanov, Editor.az

Chosen
6
1
editor.az

2Sources