Belçikanın 30 “F-16” qırıcısının ilk partiyasının Ukraynaya verilməsi bir il müddətinə təxirə salınıb.
Publika.az xəbər verir ki, bunu Belçikanın Baş Qərargah rəisi aviasiya generalı Frederik Vansina bildirib.
Onun sözlərinə görə, buna səbəb ABŞ-dan Belçikaya yeni nəsil “F-35” qırıcılarının tədarükünün yubanmasıdır.
“Biz Ukraynanı ilk təyyarələrlə bu ilin sonundan etibarən təchiz etməyə başlayacağımıza ümid edirik”, - qərargah rəisi bildirib.