AZ

Bu ölkə Ukraynaya ilk “F-16” partiyasının tədarükünü təxirə saldı - Səbəb

Belçikanın 30 “F-16” qırıcısının ilk partiyasının Ukraynaya verilməsi bir il müddətinə təxirə salınıb.

Publika.az xəbər verir ki, bunu Belçikanın Baş Qərargah rəisi aviasiya generalı Frederik Vansina bildirib.

Onun sözlərinə görə, buna səbəb ABŞ-dan Belçikaya yeni nəsil “F-35” qırıcılarının tədarükünün yubanmasıdır.

“Biz Ukraynanı ilk təyyarələrlə bu ilin sonundan etibarən təchiz etməyə başlayacağımıza ümid edirik”, - qərargah rəisi bildirib.

Seçilən
31
2
publika.az

2Mənbələr