EN

Azərbaycan millisinin üzvü Ukrayna klubunda debüt etdi

Ukrayna Premyer Liqasında 18-ci tur start götürüb.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevin yeni transfer olunduğu “Çernomorets” bu turda “Kolos”un qonağı olub. 

23 yaşlı futbolçunun komandası səfərdə 2:1 hesablı qələbəyə sevinib. Meydana start "11-lik"də çıxan Mustafayev yeni klubunda debütünü reallaşdırıb. O, 88-ci dəqiqədə əvəzlənib.

Bu qələbə sayəsində xallarının sayını 15-ə çatdıran Odessa klubu turnir cədvəlində 14-cü pilləyə yüksəlib.

Chosen
5
fanat.az

1Sources