EN

Ağsuda 16 yaşlı oğlan bıçaqlanıb

Ağsuda
Ağsuda bıçaqlanma hadisəsi baş verib. 1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə fevralın 21-i saat 22 radələrində şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 2009-cu il təvəllüdlü M. Əliyevin qol və qarın nahiyəsinə bıçaqla xəsarət yetirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Rüfət İbrahimov və bir yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Chosen
37
6
1news.az

10Sources