
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bəhruz Əsgərov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 14.02.2018-ci il tarixli Fərmanı ilə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” yaradılıb.