EN

Sahibsiz itlər 3 nəfərə hücum etdi:İkisinin vəziyyəti ağırdır

Naxçıvanda sahibsiz itlər 3 nəfərə xəsarət yetirib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Babək rayon Cəhri qəsəbəsində baş verib.

İtlər qəsəbə sakinləri - 1963-cü il təvəllüdlü Şakir Məmmədbağır oğlu Babayev, 1963-cü il təvəllüdlü Famil Seymur oğlu Fərhadov və 1964-cu il təvəllüdlü Zeyvəli Salman oğlu Rzayevə hücum edərək onlara xəsarət yetiriblər.

Onlar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Chosen
15
29
redaktor.az

10Sources