EN

İspaniya nəhəngi 102 milyonluq vingeri istəyir

Dortmund "Borussiya"sının futbolçusu Ceymi Gittens jaryerasını İspaniyada davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Relevo" yayıb.

Məlumata görə, "Çelsi"nin istədiyi vingerin xidmətində "Real Madrid" də maraqlıdır. Mənbə "arılar"ın 20 yaşlı ön xətt oyunçusuna 102 milyon avro qiymət qoyduqlarını vurğulayıb.

Qeyd edək ki, "Borussiya" Gittensi 2022-ci ilin sentyabr ayında "Mançester Sİti"dən alıb. İngiltərənin U-21 millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin forması ilə 34 matça çıxaraq 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Chosen
16
fanat.az

1Sources