EN

Kanadalılar ABŞ-a qarşı birləşirlər

ABŞ prezidenti Domald Trampın Kanadanın “51-ci ştat” olaraq Birləşmiş Ştatların tərkibinə daxil edilməsi ilə bağlı ritorikası iki ölkə arasında gərginliyə səbəb olub.

Publika.az xəbər verir ki, ABŞ və Kanada arasında keçirilən son xokkey matçında ortaya çıxan görüntülər və daha sonra sosial mediada yazılan şərhlər Donald Trampa sərt reaksiyaları ortaya qoyur.

Kanadanın dünən axşam ABŞ-la xokkey oyununda qələbə qazanmasının ardından Kanadanın müxalif Mühafizəkarlar Partiyasının lideri Pierre Poilievre “X” sosial media hesabında bunları paylaşıb: "Kanadanın oyunu. Kanadanın əfsanəsi və əsl güc!”

Poilievrenin paylaşımı kanadalılardan sıx dəstək alarkən, bəzi sosial media istifadəçiləri ABŞ-ın simvolu olan ağbaş qartalı tapdalayan Kanadanın simvolu olan Kanada qazının süni intellektlə yaradılan görüntülərini paylaşıblar.

Chosen
23
2
publika.az

3Sources