Avropa İttifaqı (Aİ) Suriyaya qarşı bankçılıq, enerji və nəqliyyat kimi sektorları hədəf alan sanksiyaları ləğv etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, fevralın 24-də Brüsseldə görüşəcək Aİ ölkələrinin xarici işlər nazirləri Suriyaya qarşı daxili tədbirləri müzakirə edəcəklər.
Sanksiyaların ləğvi qərarının davamlılığının Dəməşq administrasiyasının demokratik addımlarından asılı olduğu bildirilir.
Qərar ilk olaraq bankçılıqla bağlı verilib. Daha sonra enerji və nəqliyyat sektorları da əhatə olunacaq. Avropa İttifaqının xarici işlər nazirləri yanvarın 27-də keçirdikləri iclasda Suriyaya qarşı sanksiyaların yumşaldılması üçün yol xəritəsi üzərində razılaşdıqlarını açıqlayıblar.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas tez hərəkət etməyi hədəflədiklərini deyib: