
Naxçıvanda sahibsiz itlər 3 nəfərə xəsarət yetirib.
Gender.Az APA-ya istinadən xəbər verir ki, hadisə Babək rayon Cəhri qəsəbəsində baş verib.
İtlər qəsəbə sakinləri – 1963-cü il təvəllüdlü Şakir Məmmədbağır oğlu Babayev, 1963-cü il təvəllüdlü Famil Seymur oğlu Fərhadov və 1964-cu il təvəllüdlü Zeyvəli Salman oğlu Rzayevə hücum edərək onlara xəsarət yetiriblər. Onlar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.