EN

Bölgələrdə kriminal hadisələr yaşandı VİDEO

Samuxda ruhi xəstəxanadan müalicə alıb çıxan oğul atası ilə mübahisədən sonra ona balta ilə ağır xəsarətlər yetirib.

Xezerxeber.az-ın xəbərinə görə, qonşular deyirlər ki, daha əvvəl də bəzi təhlükəli hərəkətlər edən Şahnur Zeynalovun hansısa hadisə törədəcəyi gözlənilən imiş. Bu dəfə isə o, 84 yaşlı atası Asif Zeynalova balta ilə xəsarətlər yetirib.

Ağır xəsarətlər alan Asif Zeynalov dərhal Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya yerləşirilib, ona tibbi yardım göstərilib.

Hadisəni törədən şəxsin qeydiyyatda olduğu Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilib. Faktla bağlı araşdırma aparılır.

Ağsu rayonunun Hacıqədirli kəndində isə bıçaqlanma hadisəsi baş verib.

Hadisə gecə saatlarında baş verib. 31 yaşlı Fariz Ağabala oğlu Bəyalıyevin həmkəndlisi, 29 yaşlı Amil Bədəlov tərəfindən bıçaqlandığı bildirilir.

Xəsarət alan şəxs kəsilmiş-deşilmiş bədən xəsarəti ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Rüfət İbrahimov və bir yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
16
xezerxeber.az

1Sources