EN

Robin van Persi bu klubun baş məşqçisi olacaq

Robin van Persi futbolçu karyerasını başladığı və bitirdiyi "Feyenoord"a baş məşqçi kimi qayıdır.

Bizim.Media xəbər verir ki, hazırda "Heerenveen"i çalışdıran 41 yaşlı mütəxəssisin Rotterdam klubunda gələn həftənin əvvəlindən işə başlayacağı bildirilir.

Niderland mətbuatının məlumatına görə, "Feyenoord" məşqçiyə görə qarşı tərəfə kompensasiya ödəyəcək.

Qeyd edək ki, van Persi futbolçu kimi həmçinin "Arsenal", "Mançester Yunayted" və "Fənərbaxça" komandalarında çıxış edib, Niderland millisində 102 oyun keçirib və 50 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
41
1
bizim.media

2Sources